Mühasibatlıq, Kadr və Gömrük Xidmətləri
Maliyyə uçotunuz, kadr proseslər və gömrük rəsmiləşdirməsi — hamısı tək koordinasiyalı komandadan.
Sahibkarın gündəlik narahatlıqlarını alırıq
Sahibkar mühasibat sənədlərinin doğru tərtib olunduğunu, vergi bəyannamələrinin vaxtında verildiyini, gömrük rüsumlarının düzgün hesablandığını yoxlamaq üçün vaxt itirməməlidir. Onun işi biznesi inkişaf etdirmək, sənədlər deyil.
EMSAR CONSULTING komandası bu məsuliyyəti tam üzərinə götürür. Vergi Məcəlləsi, Gömrük Məcəlləsi, "Mühasibat uçotu haqqında" Qanun və əmək qanunvericiliyi bizim üçün gündəlik iş alətləridirlər. Müştəri yalnız aylıq hesabat alır, qalanı bizim işimizdir.
Dəqiq maliyyə idarəetməsi
Sahibkarların mühasibatlıq, vergi və maliyyə uçotu üzrə bütün ehtiyaclarını tək ünvandan qarşılayırıq. Hər biznesin ölçüsünə və sahəsinə uyğun fərdi yanaşma təqdim edirik.
Aylıq mühasibatlıq xidmətləri
- Mühasibat və vergi uçotunun tam təşkili
- Bank əməliyyatlarının uçotu və sənədləşdirilməsi
- Hesab-faktura və elektron qaimələrin tértibi
- Gündəlik cari maliyyə əməliyyatlarının idarəsi
Vergi bəyannamələri və hesabatlar
- Aylıq, rüblük və illik vergi hesabatları
- ƏDV qeydiyyatı və bəyannamələrinin təqdimi
- DSMF hesabatı və işçi sosial sığorta
- Statistik kod və hesabatların təqdim olunması
Vergi planlaşdırması və konsultasiya
- Vergi rejiminin optimal seçilməsi
- Sadələşdirilmiş və ümumi vergi rejimi qiymətləndirilməsi
- Vergi yoxlamasına hazırlıq və müşayiət
- Şirkətlərin dövlət qeydiyyatı və ləğv edilməsi
Tam kadr kargüzarlığı
Əmək Məcəlləsi və yerli HR praktikasına uyğun kompleks kadr idarəetməsi. İşə qəbuldan işdən azad olunmaya qədər bütün sənədləşmə və proseslərin idarə edilməsi.
İşə qəbul və əmək sənədləri
- Əmək müqavilələrinin tértibi və qeydiyyatı
- İşə qəbul və işdən azad olma sənədləşməsi
- Vəzifə təlimatları və daxili nizam-intizam qaydaları
- Əmək kitabçaları və şəxsi işlərin idarəsi
Əmək haqqı və hesablamalar
- Əmək haqqı hesablanması və ödəniş cədvəlləri
- Sosial sığorta və işsizlik sığortası tutulmaları
- Məzuniyyət, xəstəlik və əlavə ödənişlər
- Bonus və mükafat sistemlərinin sənədləşməsi
HR konsultasiyası və xüsusi hallar
- Xarici işçilər üçün iş icazələrinin alınması
- Əmək mübahisələrində hüquqi konsultasiya
- Kollektiv müqavilələrin hazırlanması
- Şirkət daxili HR proseslərinin auditi
Sürətli və şəffaf rəsmiləşdirmə
İdxal və ixrac əməliyyatlarınızı peşəkar gömrük komandamızla sadələşdiririk. Gömrük Məcəlləsinin tələblərinə tam uyğun və operativ rəsmiləşdirmə təmin edirik.
Gömrük rəsmiləşdirilməsi
- Tam gömrük təmsilçiliyi və broker xidməti
- Bütün növ gömrük bəyannamələrinin tértibi
- İdxal-ixrac sənədlərinin hazırlanması
- İcazə və sertifikatların alınması
HS kod və rüsum hesablamaları
- HS kodlarının dəqiq müəyyənləşdirilməsi
- Gömrük rüsumu, ƏDV və aksiz hesablanması
- Tarif preferensiyalarından istifadə
- İdxal-ixrac vergi optimallaşdırılması
Sənədlərinizi peşəkarlara həvalə edin
Yeni şirkət qeydiyyatı, davam edən mühasibatlıq, yaxud gömrük məsləhəti — 1 iş günü ərzində geri dönüş edirik. Heç bir öhdəlik yoxdur — sadəcə layihənizi danışaq.